أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Humazah الخميس 19 أكتوبر 2017, 11:44 pm | |
| Al-Humazah Mərhəmətli, rəhmli Allahın adı ilə! [104:1] (Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına! [104:2] O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). [104:3] Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. [104:4] Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! [104:5] Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! [104:6] O, Allahın yanar odudur. [104:7] Elə bir od ki, ürəkləri yandırıb-yaxar. [104:8] O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. [104:9] Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! |
|