أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Zalzalah الخميس 19 أكتوبر 2017, 10:09 pm | |
| Al-Zalzalah Mərhəmətli, rəhmli Allahın adı ilə! [99:1] Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; [99:2] Yer öz yükünü çıxardıb atacağı zaman; [99:3] İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman - [99:4] Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - [99:5] Cünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! [99:6] O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). [99:7] Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). [99:8] Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). |
|