أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Balad الخميس 19 أكتوبر 2017, 8:01 pm | |
| Al-Balad Mərhəmətli, rəhmli Allahın adı ilə! [90:1] And içirəm bu şəhərə (Məkkəyə) - [90:2] Sənin yaşadığın (sənə halal olan) şəhərə; [90:3] And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, [90:4] Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) [90:5] Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? [90:6] Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir? [90:7] Məgər o heç kəsin onu görmədiyini güman edir?! [90:8] Məgər Biz ona iki göz vermədikmi?! [90:9] Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! [90:10] Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! [90:11] Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne'mətlərə şükür etmədi). [90:12] (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! [90:13] (O) bir kölə azad etməkdir; [90:14] Yaxud aclıq günü (zamanı) yemək verməkdir - [90:15] Qohumluq əlaqəsi çatan bir yetimə. [90:16] Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! [90:17] Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! [90:18] Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) [90:19] Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) [90:20] Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |
|