أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Ghâshiyah الخميس 19 أكتوبر 2017, 7:59 pm | |
| Al-Ghâshiyah Mərhəmətli, rəhmli Allahın adı ilə! [88:1] (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? [88:2] (O gün) bir çox üzlər zəlil görkəm alacaq; [88:3] (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; [88:4] Yanar oda girəcəkdir; [88:5] Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. [88:6] Onların yeməyi (zəhərdən və acı) zəri'dən başqa bir şey olmayacaqdır. [88:7] (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. [88:8] (O gün) bir çox üzlər sevinəcək; [88:9] (Dünyadakı) zəhmətindən razı qalacaq; [88:10] (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, [88:11] Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. [88:12] Orada axar bulaq; [88:13] Orada uca taxtlar; [88:14] (Ceşmələr kənarında) piyalələr; [88:15] Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar [88:16] Və döşənmiş (nəfis) xalılar vardır! [88:17] Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? [88:18] Göyə (baxmırlar ki) necə ucaldılmışdır? [88:19] Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? [88:20] Və yerə (baxmırlar ki) necə döşədilmişdir? [88:21] (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! [88:22] Sən onların üzərində hakim deyilsən! [88:23] Lakin kim (imandan) üz döndərib (Qur'anı) inkar etsə [88:24] Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! [88:25] Şübhəsiz ki, onların axır dönüşü Bizədir! [88:26] Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
|