أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52580 العمر : 72
| موضوع: At-Târiq الخميس 19 أكتوبر 2017, 7:57 pm | |
| At-Târiq Mərhəmətli, rəhmli Allahın adı ilə! [86:1] And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) [86:2] (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?! [86:3] (O, zülməti yaran) parlaq ulduzdur! [86:4] Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! [86:5] Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! [86:6] O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. [86:7] (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! [86:8] Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! - [86:9] Bütün sirlərin aşkar olacağı o qiyamət günü; [86:10] (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar! [86:11] And olsun yağış sahibi olan göyə; [86:12] And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki, [86:13] Bu (Qur'an haqla nahaqqı) ayırd edən kəlamdır! [86:14] O, oyun-oyuncaq (əyləncə) deyildir! [86:15] Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular. [86:16] Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. [86:17] Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! |
|