أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Burûj الخميس 19 أكتوبر 2017, 7:56 pm | |
| Al-Burûj Mərhəmətli, rəhmli Allahın adı ilə! [85:1] And olsun bürclər sahibi olan göyə; [85:2] And olsun və'd olunmuş günə (qiyamət gününə); [85:3] And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, [85:4] (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə'nətə düçar olub) qətl edildilər. [85:5] O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. [85:6] O zaman onlar (xəndəklərin) kənarında oturub, [85:7] (?z əsgərlərinin) mö'minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. [85:8] Onlardan (mö'minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. [85:9] O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! [85:10] Şübhəsiz ki, mö'min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. [85:11] İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! [85:12] Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! [85:13] Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! [85:14] (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. [85:15] Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! [85:16] O, istədiyini edəndir. [85:17] (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- [85:18] Fir'on və Səmud (ordularının)? [85:19] Xeyr, kafir olanlar (səni və Qur'anı) elə hey təkzib etməkdədirlər. [85:20] Onların bütün ixtiyarı Allahın əlindədir! [85:21] Xeyr, o (şe'r deyil) şanlı-şərəfli Qur'andır! [85:22] O, lövhi-məhfuzdadır! (Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) |
|