أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52601 العمر : 72
| موضوع: Al-Qiyâmah الخميس 19 أكتوبر 2017, 7:45 pm | |
| Al-Qiyâmah Mərhəmətli, rəhmli Allahın adı ilə! [75:1] And içirəm qiyamət gününə; [75:2] And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) [75:3] Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! [75:4] Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! [75:5] Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. [75:6] Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar. [75:7] Göz (heyrətdən) bərələcəyi; [75:8] Ay tutulacağı; [75:9] Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - [75:10] Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir. [75:11] Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! [75:12] O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! [75:13] O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! [75:14] Doğrusu, insan özü-özünə şahiddir! [75:15] O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! [75:16] (Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!) [75:17] Cünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. [75:18] Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. [75:19] Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! [75:20] Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. [75:21] Axirəti isə tərk edirsiniz. [75:22] O gün neçə-neçə üzlər sevinib güləcək, [75:23] ?z Rəbbinə baxacaqdır! [75:24] O gün neçə-neçə üzlər tutulub qaralacaq, [75:25] (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! [75:26] Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, [75:27] (Onu bu bəladan) kim xilas edə bilər? - deyiləcəyi, [75:28] (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, [75:29] Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, [75:30] Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! [75:31] Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı. [75:32] Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. [75:33] Sonra da özünü darta-darta ailəsinin yanına getdi. [75:34] Vay sənin halına, vay! [75:35] Yenə də vay sənin halına, vay! [75:36] Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! [75:37] Məgər o tökülən bir qətrə nütfə deyildimi?! [75:38] Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). [75:39] Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. [75:40] Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! |
|