أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Hâqqah الخميس 19 أكتوبر 2017, 2:00 pm | |
| Al-Hâqqah Mərhəmətli, rəhmli Allahın adı ilə! [69:1] Haqq olan qiyamət! [69:2] Nədir qiyamət?! [69:3] Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) [69:4] Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! [69:5] Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. [69:6] Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. [69:7] Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. [69:8] İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! [69:9] Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö'təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. [69:10] Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. [69:11] Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. [69:12] Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! [69:13] Sur bircə dəfə üfürüləcəyi; [69:14] Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - [69:15] Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! [69:16] Və (göy) süst düşüb parçalanacaqdır! [69:17] Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! [69:18] O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! [69:19] Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun! [69:20] Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!" [69:21] Bundan belə o, xoş güzəran içində, [69:22] Yüksək bir Cənətdə olacaqdır. [69:23] (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). [69:24] (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!" [69:25] Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! [69:26] Hesabımın nə olduğunu bilməyəydim! [69:27] Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) [69:28] Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). [69:29] Mülküm (səltənətim) də məhv olub getdi!" [69:30] (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın! [69:31] Sonra da Cəhənnəmə atın! [69:32] Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! [69:33] Cünki o, böyük olan Allaha inanmırdı. [69:34] O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. [69:35] Bu gün bax burda onun yaxın bir dostu yoxdur. [69:36] İrindən başqa bir yeməyi də yoxdur. [69:37] Onu ancaq günahkarlar yeyər!" [69:38] And içirəm gördüklərinizə, [69:39] Və görmədiklərinizə ki, [69:40] Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! [69:41] O, şair sözü deyildir! Nə az inanırsınız! [69:42] O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! [69:43] O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. [69:44] Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi, [69:45] Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! [69:46] Sonra onun şah damarını qopardardıq! [69:47] Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. [69:48] Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir. [69:49] (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. [69:50] Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). [69:51] Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir. [69:52] Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et! |
|