أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Mâ‘ûn الخميس 19 أكتوبر 2017, 11:46 pm | |
| Al-Mâ‘ûn Mərhəmətli, rəhmli Allahın adı ilə! [107:1] (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? [107:2] O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); [107:3] Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). [107:4] Vay halına o namaz qılanların ki, [107:5] Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); [107:6] Onlar (namazlarında) riyakarlıq edər, [107:7] Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). |
|