أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: At-Takâthur الخميس 19 أكتوبر 2017, 11:42 pm | |
| At-Takâthur Mərhəmətli, rəhmli Allahın adı ilə! [102:1] (Ey qafil insanlar!) Coxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, [102:2] Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)]. [102:3] Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! [102:4] Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! [102:5] Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)! [102:6] (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz! [102:7] Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz! [102:8] Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne'mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! |
|