أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-‘Adiyât الخميس 19 أكتوبر 2017, 11:40 pm | |
| Al-‘Adiyât Mərhəmətli, rəhmli Allahın adı ilə! [100:1] And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; [100:2] And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; [100:3] And olsun sübh çağı hücum edən atlara; [100:4] And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; [100:5] Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, [100:6] İnsan öz Rəbbinə qarşı çox nankordur. [100:7] Və o özü də buna şahiddir. [100:8] Həqiqətən, insan var-dövlətə çox hərisdir! [100:9] Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; [100:10] Urəklərdə olanlar faş ediləcəyi zaman [100:11] Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)! |
|