أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 49335 العمر : 72
| موضوع: Al-‘Alaq الخميس 19 أكتوبر 2017, 10:03 pm | |
| Al-‘Alaq Mərhəmətli, rəhmli Allahın adı ilə! [96:1] (Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! [96:2] O, insanı laxtalanmış qandan yaratdı. [96:3] (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! [96:4] O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. [96:5] (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. [96:6] Xeyr, insan azğınlıq edər, [96:7] ?zünün dövlətli olduğunu gördüyü üçün! [96:8] Axı sənin axır dönüşün Rəbbinədir! [96:9] Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur [96:10] Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? [96:11] Bir de görək, əgər o doğru yoldadırsa, [96:12] Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! [96:13] (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur'anı) yalan sayır və (imandan) üz döndərirsə, [96:14] Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! [96:15] Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - [96:16] ?zü də yalançı, günahkar kəkilindən! [96:17] Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! [96:18] Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! [96:19] Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! |
|