أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Ad-Dhuhâ الخميس 19 أكتوبر 2017, 10:00 pm | |
| Ad-Dhuhâ Mərhəmətli, rəhmli Allahın adı ilə! [93:1] And olsun səhərə; [93:2] And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, [93:3] (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. [93:4] Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! [93:5] Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! [93:6] Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! [93:7] Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! [93:8] Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! [93:9] Elə isə yetimə zülm etmə! [93:10] Dilənçini də (qapıdan) qovma! [93:11] Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç! |
|