أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Layl الخميس 19 أكتوبر 2017, 8:06 pm | |
| Al-Layl Mərhəmətli, rəhmli Allahın adı ilə! [92:1] And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; [92:2] And olsun işıqlanmaqda olan gündüzə; [92:3] And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, [92:4] Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə'ziniz Cənnət üçün, bə'ziniz isə Cəhənnəm üçün çalışırsınız). [92:5] Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, [92:6] Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, [92:7] Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! [92:8] Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, [92:9] Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, [92:10] Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) [92:11] (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. [92:12] Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö'min və ya kafir olmaq isə hər kəsin öz işidir). [92:13] Axirət də Bizim, dünya da Bizimdir! [92:14] (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. [92:15] Ora ancaq azğın (kafir) daxil olar. [92:16] O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! [92:17] Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). [92:18] O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, [92:19] O şəxsin boynunda heç kəsin bir minnəti (ne'məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). [92:20] O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. [92:21] And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne'mətlərə görə) razı olacaqdır! |
|