أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-A‘lâ الخميس 19 أكتوبر 2017, 7:58 pm | |
| Al-A‘lâ Mərhəmətli, rəhmli Allahın adı ilə! [87:1] (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə'ninə təriflər de! [87:2] O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. [87:3] O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. [87:4] O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. [87:5] Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. [87:6] (Ya Peyğəmbər!) Biz sənə (Qur'anı) oxudacağıq və sən (onu) unutmayacaqsan; [87:7] Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! [87:8] Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. [87:9] (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur'anla) öyüd-nəsihət ver! [87:10] (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! [87:11] Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. [87:12] (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. [87:13] Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) [87:14] (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. [87:15] O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! [87:16] Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! [87:17] Halbuki axirət daha xeyirli və daha baqidir. [87:18] Həqiqətən, bu deyilənlər (Qur'andan) əvvəlki kitablarda mövcuddur - [87:19] İbrahimin və Musanın kitablarında! |
|