أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Mutaffifîn الخميس 19 أكتوبر 2017, 7:54 pm | |
| Al-Mutaffifîn Mərhəmətli, rəhmli Allahın adı ilə! [83:1] Vay halına çəkidə və ölçüdə aldadanların! [83:2] O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, [83:3] Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. [83:4] Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! [83:5] ?zü də dəhşətli bir gündə?! [83:6] O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! [83:7] Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! [83:8] Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) [83:9] O, yazılı bir kitabdır! [83:10] O gün vay halına yalan sayanların! [83:11] O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. [83:12] Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. [83:13] Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər. [83:14] Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. [83:15] Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! [83:16] Sonra Cəhənnəmə varid qalacaqlar. [83:17] Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir. [83:18] Xeyr! (Mö'minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö'minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! [83:19] Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! [83:20] O, yazılı bir kitabdır. [83:21] Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! [83:22] Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö'minlər Nəim cənnətlərində olacaqlar. [83:23] Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne'mətlərə) tamaşa edəcəklər. [83:24] Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! [83:25] Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. [83:26] Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! [83:27] Ona təsnim (suyu) qatılmışdır. [83:28] O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). [83:29] Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. [83:30] (Mö'minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. [83:31] Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. [83:32] Onlar (mö'minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər. [83:33] Halbuki onlara (mö'minlərə) nəzarətçi göndərilməmişdir. [83:34] Bu gün isə mö'minlər kafirlərə güləcəklər. [83:35] Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). [83:36] Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |
|