أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Al-Infitâr الخميس 19 أكتوبر 2017, 7:53 pm | |
| Al-Infitâr Mərhəmətli, rəhmli Allahın adı ilə! [82:1] Göy parçalanacağı zaman; [82:2] Ulduzlar dağılıb səpələnəcəyi zaman; [82:3] Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; [82:4] Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; [82:5] Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir! [82:6] Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? [82:7] O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. [82:8] Sənə ?zü istədiyi surətdə biçim verdi. [82:9] Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! [82:10] Sizin üstünüzdə gözətçi mələklər - [82:11] (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. [82:12] Onlar sizin nə etdiklərinizi bilirlər. [82:13] Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö'minlər) Cənnətdə qərar tutacaqlar. [82:14] Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar. [82:15] Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar. [82:16] Onlar əsla oradan çıxan deyillər! [82:17] (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?! [82:18] Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!) [82:19] O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır! |
|