أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: At-Takwîr الخميس 19 أكتوبر 2017, 7:52 pm | |
| At-Takwîr Mərhəmətli, rəhmli Allahın adı ilə! [81:1] Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; [81:2] Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; [81:3] Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; [81:4] (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; [81:5] Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; [81:6] Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; [81:7] Ruhlar (bədənlərə) qovuşacağı zaman; [81:8] Diri-diri torpağa gömülən körpə qızdan: [81:9] Axı o hansı günaha görə öldürüldü?; soruşulacağı zaman; [81:10] Əməl dəftərləri açılacağı zaman; [81:11] Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; [81:12] Cəhənnəm alovlandırılacağı zaman; [81:13] Və Cənnət (mö'minlərə) yaxınlaşdırılacağı zaman; [81:14] Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! [81:15] And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; [81:16] (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Utaridə); [81:17] Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) [81:18] Və sökülməkdə olan dan yerinə ki, [81:19] Bu (Qur'an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. [81:20] (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). [81:21] (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e'tibarlı müvəkkildir. [81:22] (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir! [81:23] And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü. [81:24] O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir. [81:25] O (Qur'an) da məl'un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir. [81:26] Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz? [81:27] O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. [81:28] Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. [81:29] (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |
|