أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: ‘Abasa الخميس 19 أكتوبر 2017, 7:51 pm | |
| ‘Abasa Mərhəmətli, rəhmli Allahın adı ilə! [80:1] (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. [80:2] Yanına korun (Abdullah ibn Ummi-Məktumun) gəlməsindən dolayı. [80:3] Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! [80:4] Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! [80:5] (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, [80:6] Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). [80:7] Onun (küfrdən) təmizlənməsindən sənə nə?! [80:8] Yüyürə-yüyürə sənin yanına gələn [80:9] Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, [80:10] Sən ondan üz çevirirsən! [80:11] Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. [80:12] Kim istəsə, ondan öyüd alar. [80:13] (Bu Qur'an Allah dərgahında) çox möhtərəm (mö'təbər) səhifələrdə - [80:14] (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz). [80:15] (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e'tibar edilmişdir). [80:16] (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt'idirlər. [80:17] ?lsün (kafir) insan! O nə nankordur! [80:18] (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı? [80:19] (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. [80:20] Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. [80:21] Sonra onu öldürüb qəbrə qoydu. [80:22] Sonra da istədiyi vaxt onu dirildəcəkdir. [80:23] Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir. [80:24] İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). [80:25] Həqiqətən, Biz yağışı bol yağdırdıq. [80:26] Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq), [80:27] Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; [80:28] Uzüm və yonca; [80:29] Zeytun və xurma (bağları); [80:30] (Ağacları bir-birinə) sarmaşan bağçalar; [80:31] (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. [80:32] (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür! [80:33] Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); [80:34] O gün insan qaçacaq öz qardaşından; [80:35] Anasından, atasından; [80:36] Zövcəsindən və oğullarından! [80:37] O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). [80:38] O gün bir çox üzlər parlayacaq, [80:39] Güləcək, sevinəcəkdir. [80:40] O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, [80:41] Onları zülmət (yaxud his) bürüyəcəkdir. [80:42] Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır! |
|