أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: At-Tûr الثلاثاء 17 أكتوبر 2017, 11:26 pm | |
| At-Tûr Mərhəmətli, rəhmli Allahın adı ilə! [52:1] And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; [52:2] And olsun yazılmış kitaba (Tövrata, Qur'ana, yaxud bütün ilahi kitablara) - [52:3] Açıq dəri üzərində (olan kitaba); [52:4] And olsun (mələklərin ibadət etdiyi) Beytülmə'mura; [52:5] And olsun yüksək tavana (uca göyə) [52:6] Və dolub daşan (alovlanan) dənizə ki, [52:7] Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! [52:8] Onu heç kəs dəf edə bilməz! [52:9] O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), [52:10] Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır. [52:11] O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına! [52:12] O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar. [52:13] O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. [52:14] (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur! [52:15] (Vəhyə, Qur'ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz? [52:16] Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" [52:17] Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne'mətlər içində olacaqlar. [52:18] Rəbbinin onlara əta etdiyi ne'mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. [52:19] (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; [52:20] Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. [52:21] İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur! [52:22] Onları istədikləri meyvə və ətlə (bol-bol) tə'min edəcəyik. [52:23] Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. [52:24] Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. [52:25] Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. [52:26] Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. [52:27] Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. [52:28] Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və'dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!" [52:29] Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne'məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə! [52:30] Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər. [52:31] De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!" [52:32] Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər. [52:33] Yoxsa onlar: "Onu (Qur'anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. [52:34] Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur'an) kimi bir kəlam gətirsinlər! [52:35] Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! [52:36] Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! [52:37] Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! [52:38] Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! [52:39] Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! [52:40] Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! [52:41] Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) [52:42] Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! [52:43] Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır! [52:44] Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!" - deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar). [52:45] Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! [52:46] O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. [52:47] Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz! [52:48] (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! [52:49] Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə'ninə tə'riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!) |
|