|
| Ash-Shu‘arâ’ | |
| | كاتب الموضوع | رسالة |
---|
أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: Ash-Shu‘arâ’ الثلاثاء 17 أكتوبر 2017, 8:55 pm | |
| Ash-Shu‘arâ’ Mərhəmətli, rəhmli Allahın adı ilə! [26:1] Ta, Sin, Mim! [26:2] Bunlar (haqqı batildən ayıran, mö'cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir. [26:3] (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (?zünü həlakmı edəcəksən?) [26:4] Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar. [26:5] Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər. [26:6] Onlar (Qur'anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur'anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə'yus olacaqlar). [26:7] Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi? [26:8] Şübhəsiz ki, bunda (Qur'anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər. [26:9] Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:10] (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: "Get o zalım tayfanın yanına - [26:11] Fir'on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?" [26:12] (Musa) dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram! [26:13] Urəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!) [26:14] (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram". [26:15] (Allah) buyurdu: "Xeyr! (Fir'on səni əsla öldürə bilməz!) Hər ikiniz mö'cüzələrinizlə (Fir'onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir'on tayfasının nə dediyini) eşidəcəyik! [26:16] Fir'onun yanına gedib belə deyin: "Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik! [26:17] İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!" (onlara əzab-əziyyət vermə!) [26:18] (Musa Harunla Fir'onun yanına gedib bu sözləri deyəndən sonra Fir'on onu tanıyıb) dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? [26:19] Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!" [26:20] (Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı). [26:21] Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. [26:22] Boynuma minnət qoyduğun bu ne'mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)" [26:23] Fir'on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)" [26:24] (Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi. [26:25] (Fir'on) ətrafındakılara: "Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir). [26:26] (Musa) dedi: "O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!" [26:27] (Fir'on ətrafındakılara: ) "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" - dedi. [26:28] (Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!" [26:29] (Fir'on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi. [26:30] (Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?" [26:31] (Fir'on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi. [26:32] (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu. [26:33] Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlar bir nur kəsildi). [26:34] (Fir'on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! [26:35] O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)" [26:36] Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki, [26:37] Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!" [26:38] Nəhayət, sehrbazlar mə'lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar. [26:39] (Fir'onun xidmətçiləri tərəfindən camaata) deyildi: "Siz də yığılırsınızmı? [26:40] Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!" [26:41] Sehrbazlar gələn kimi Fir'ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?" [26:42] (Fir'on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!" [26:43] Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!" [26:44] Onlar iplərini və əsalarını yerə atıb: "Fir'onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər. [26:45] Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. [26:46] Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. [26:47] Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə! [26:48] Musanın və Harunun Rəbbinə!" [26:49] (Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!" [26:50] (İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik! |
| | | أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: رد: Ash-Shu‘arâ’ الثلاثاء 17 أكتوبر 2017, 8:56 pm | |
| [26:51] Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!" [26:52] (Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir'onun ordusu tərəfindən) tə'qib ediləcəksiniz!" [26:53] Fir'on şəhərlərə (əsgər) yığanlar göndərdi. [26:54] (O, belə deyirdi: ) "Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! [26:55] Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). [26:56] Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!" [26:57] Nəhayət, Biz onları (Fir'onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. [26:58] Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. [26:59] (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. [26:60] (Fir'on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. [26:61] İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "(İşimiz bitdi!) Artıq yaxalandıq!" [26:62] (Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" [26:63] Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. [26:64] O biriləri (Fir'on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). [26:65] Musa və onunla birlikdə olanların hamısını xilas etdik. [26:66] O biriləri (Fir'on tayfasını) isə suya qərq etdik. [26:67] Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir'on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi. [26:68] (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!) [26:69] (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə! [26:70] O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" [26:71] Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. [26:72] (İbrahim) demişdi: "Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi? [26:73] Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" [26:74] Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə cavab vermişdilər. [26:75] (İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- [26:76] Sizin və ulu babalarınızın? [26:77] Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. [26:78] Məni yaradan və məni doğru yola yönəldən Odur! [26:79] Məni yedirdən də, içirdən də Odur! [26:80] Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. [26:81] Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. [26:82] Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! [26:83] Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur! [26:84] Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!) [26:85] Məni Nəim cənnətlərinin varislərindən et! [26:86] Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu! [26:87] (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə! [26:88] O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! [26:89] Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö'minlərdən) başqa!" [26:90] (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar. [26:91] Cəhənnəm də azğınlara göstərilər. [26:92] Və onlara belə deyərlər: "İbadət etdikləriniz (bütlər) haradadır? [26:93] Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?" [26:94] Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar! [26:95] İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar). [26:96] Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər: [26:97] Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq! [26:98] Cünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq. [26:99] Bizi yalnız günahkarlar azdırdı. [26:100] İndi artıq nə şəfaət edən kimsələrimiz, |
| | | أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: رد: Ash-Shu‘arâ’ الثلاثاء 17 أكتوبر 2017, 8:57 pm | |
| [26:101] Nə də bir mehriban dostumuz var! [26:102] Kaş bir də (dünyaya) dönə biləydik; mö'minlərdən olardıq!" [26:103] Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi. [26:104] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:105] Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir). [26:106] O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz? [26:107] Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) [26:108] Artıq Allahdan qorxun və mənə itaət edin! [26:109] Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! [26:110] Artıq Allahdan qorxun və mənə itaət edin!" [26:111] Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?" - dedilər. [26:112] (Nuh) dedi: "Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm! [26:113] Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!) [26:114] Və mən iman gətirənləri qovan da deyiləm! [26:115] Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!" [26:116] Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!" [26:117] (Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. [26:118] Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö'minləri (bu əzabdan) qurtar! [26:119] Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. [26:120] Sonra yerdə qalanları suda boğduq! [26:121] Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi. [26:122] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:123] Ad taydası da peyğəmbərləri təkzib etdi. [26:124] O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz? [26:125] Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! [26:126] Allahdan qorxun və mənə itaət edin! [26:127] Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! [26:128] Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz? [26:129] Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz! [26:130] Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!) [26:131] Artıq Allahdan qorxun və mənə itaət edin! [26:132] Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne'mətləri) sizə əta etdi! [26:133] Sizə heyvanat, oğul-uşaq, [26:134] Bağlar və çeşmələr verdi! [26:135] Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!" [26:136] Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik). [26:137] Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!) [26:138] Və biz əzaba da düçar olmayacağıq!" [26:139] Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. [26:140] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:141] Səmud tayfası da peyğəmbərləri təkzib etdi. [26:142] O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz? [26:143] Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) [26:144] Artıq Allahdan qorxun və mənə itaət edin! [26:145] Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! [26:146] Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? [26:147] Bağlar və çeşmələr içində, [26:148] Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)? [26:149] Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz? [26:150] Artıq Allahdan qorxun və mənə itaət edin! |
| | | أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: رد: Ash-Shu‘arâ’ الثلاثاء 17 أكتوبر 2017, 8:58 pm | |
| [26:151] (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)! [26:152] O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər! [26:153] Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?) [26:154] Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö'cüzə gətir!" [26:155] (Saleh) dedi: "Bu, (Allahın mö'cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!) [26:156] Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!" [26:157] Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular. [26:158] Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. [26:159] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:160] Lut tayfası da peyğəmbərləri təkzib etdi. [26:161] O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? [26:162] Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) [26:163] Artıq Allahdan qorxun və mənə itaət edin! [26:164] Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! [26:165] Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? [26:166] Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!" [26:167] Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!" [26:168] (Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! [26:169] Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!" [26:170] Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik. [26:171] Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla! [26:172] Sonra da o biriləri məhv edib kökünü kəsdik. [26:173] Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır! [26:174] Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. [26:175] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:176] Əykə əhli də peyğəmbərləri təkzib etdi. [26:177] O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? [26:178] Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) [26:179] Artıq Allahdan qorxun və mənə itaət edin! [26:180] Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! [26:181] ?lçüdə düz olun, (onu) əskildənlərdən olmayın! [26:182] Düz tərəzi ilə çəkin! [26:183] İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin! [26:184] Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!" [26:185] Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?) [26:186] Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! [26:187] Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!" [26:188] (Şüeyb) dedi: "Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!" [26:189] Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi. [26:190] Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. [26:191] Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) [26:192] Şübhəsiz ki, bu (Qur'an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! [26:193] Onu Cəbrail (Ruhuləmin) endirdi: [26:194] (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); [26:195] ?zü də açıq-aydın ərəb dilinə. [26:196] Həqiqətən, o (Qur'anın nazil olacağı xəbəri, mə'nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur. [26:197] Məgər İsrail övladı alimlərinin (Qur'anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi? [26:198] Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə'zisinə) nazil etsəydik; [26:199] Və o (Qur'anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər. [26:200] Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq. |
| | | أحمد محمد لبن Ahmad.M.Lbn مؤسس ومدير المنتدى
عدد المساهمات : 52644 العمر : 72
| موضوع: رد: Ash-Shu‘arâ’ الثلاثاء 17 أكتوبر 2017, 8:58 pm | |
| [26:201] Onlar şiddətli əzabı görməyənədək (Qur'ana) inanmazlar. [26:202] (Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr. [26:203] O zaman onlar deyərlər: "Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?" [26:204] İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər? [26:205] (Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne'mət (gün-güzəran) versək, [26:206] Sonra və'd (təhdid) olunduqları (əzab) onlara yetişsə, [26:207] Onlara verilmiş olan ne'mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne'mət onların günahlarını, cinayətlərini daha da artırar). [26:208] Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik! [26:209] (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik! [26:210] (Qur'anı) əsla şeytanlar endirmədi. [26:211] Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər! [26:212] Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir. [26:213] Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! [26:214] Və ən yaxşın qohumlarını qorxut! [26:215] Sənə tabe olan mö'minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!) [26:216] Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!" [26:217] Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et! [26:218] O Allah ki, səni namaza duranda da görür, [26:219] Səcdə edənlər içində dolananda da. [26:220] Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur! [26:221] (Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? [26:222] Onlar hər bir yalançıya, günahkara nazil olarlar. [26:223] (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır! [26:224] (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! [26:225] Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) [26:226] Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) [26:227] Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! |
| | | | Ash-Shu‘arâ’ | |
|
| صلاحيات هذا المنتدى: | لاتستطيع الرد على المواضيع في هذا المنتدى
| |
| |
| |